...Hindistanda, Mumbayda toz fırtınası zamanı 30 metrlik reklam lövhəsi insanların və evlərin üzərinə düşüb, insanlar həlak olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri NDTV yayıb.
Deyilənlərə görə, reklam lövhəsi Qatkopar ərazisində yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşirmiş.
Və toz fırtınasının təsirindən lövhə qoparaq aşağı yuvarlanıb.
Bu zaman orada xeyli insan və maşınlar varmış.
Nəticədə onlarla insan ağır reklam lövhəsinin altında qalıb. Telekanal hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, “3 nəfər ölüb, 59 nəfər yaralanıb”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB