Arvadını öldürən keçmiş nazir 24 il cəza aldı...

Arvadını öldürən keçmiş nazir 24 il cəza aldı...

Astana məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat nazirini həyat yoldaşı Saltanat Nukenovanı vəhşicəsinə qətlə yetirdiyinə görə 24 il müddətinə azadlıqdan məhrum edib.

Astananın cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsinin hakimi Ayjan Kulbayeva hökm oxuyub.

SİA-nın əldə etdiyi məlumata görə, Bişimbayev ötən il noyabrın 9-da öz arvadını döyməkdə şübhəli bilinərək saxlanılıb.

Həmin şəxs Qastrocenter-in binasında yerləşən restoranda Nukenovanı bir neçə saat ələ salıb.

Noyabrın 11-də polis keçmiş nazirin qohumu, Qastrocenter-in direktoru Baxıtjan Bayjanovun yanına da gəlib. Əməliyyatçılar qətllə bağlı bir nəfəri saxlayıb.

Əsas məhkəmə prosesi 27 mart 2024-cü ildə başlayıb.

Prosesdə münsiflər heyəti iştirak edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə