Bu arada Birləşmiş Ştatların Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının rəhbəri Brayan Fenton Britaniya xüsusi təyinatlılarının Ukraynada fəaliyyət göstərdiyini bəyan edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, AP-yə verdiyi müsahibəsində general-leytenant Ukraynadakı Böyük Britaniya xüsusi təyinatlılarından alınan dərslər əsasında Yaşıl Beretli birləşmələrin yenidən qurulması planlarından danışıb.
...Müharibə getdikcə daha yüksək texnologiyaya çevrilir, buna görə də heyətlərə kiber ekspertlər, Hərbi Hava Qüvvələri pilotları və ya kriptoloqların əlavə edilməsinə ehtiyac var.
Bunu da ingilis hərbçi deyib, amma...
...Bu arada Böyük Britaniyanın Müdafiə Nazirliyi “Business Insider”-ə bu sözləri şərh etməkdən imtina edib.
Belə ki, nazirlikdən Britaniya xüsusi təyinatlılarının fəaliyyətini şərh etməmək ardıcıl hökumətlərin çoxdankı siyasətidir, - deyə bildirilib.
Yeri gəlmişkən, jurnalistlər xatırladıblar ki, Böyük Britaniyanın xüsusi təyinatlı qüvvələri bir neçə elit bölmədən ibarətdir ki, bunlara Xüsusi Hava Xidməti, Xüsusi Qayıq Xidməti, Xüsusi Kəşfiyyat Alayı, Xüsusi Qüvvələrə Dəstək Qrupu, 18-ci Siqnal Alayı və Birgə Hava Qanadı daxildir. Kral Dəniz Komandoları və Ranger Alayına həmçinin xüsusi əməliyyatlar apara bilən qüvvələr daxildir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB