Litvada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib

Litvada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib

Litvada keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib. SİA xəbər verir ki, ikinci turda hazırkı prezident Gitanas Nauseda (birinci turda 46,08% səs) və Baş nazir İnqrida Simonyte (birinci turda 16,48% səs) mübarizə aparacaq.

Seçiklərin ikinci turu iki həftədən sonra keçiriləcək. Ümumilikdə prezidentlik yarışında səkkiz namizəd mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə