…Dağlara səyahət İsveçrənin vitse-kansleri Andre Simonatszi üçün faciəyə çevrilib.
SİA-nın əldə etdiyi məlumata görə, hökumət portalında dərc olunan press-relizdə deyilir ki, o, qəflətən huşunu itirib və dünyasını dəyişib.
Qeyd olunur ki, 55 yaşlı məmur əvvəllər mütəmadi olaraq dağlarda istirahət edib və səhhətində yaranan problemlərdən şikayət etməyib.
Bu dəfə o, başqa səfərə çıxıb, lakin yolda huşunu itirərək dünyasını dəyişib.
Nə baş verdiyi açıqlanmır.
Məlumdur ki, faciədən iki gün əvvəl, mayın 8-də Simonaszi Federal Şuranın iclasından sonra üç mətbuat konfransı keçirib.
Məmurun həyat yoldaşı və üç övladı qalıb.
Simonaszi İsveçrə Federal Şurasının sədri və vitse-kansleri vəzifələrində çalışıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB