Belqorodda ölənlərin sayı 7 nəfərə çatıb

Belqorodda ölənlərin sayı 7 nəfərə çatıb

...Belqorodda girişin uçması nəticəsində daha bir qurbanın cəsədi dağıntılar altından çıxarılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.

Bununla da faciədə ölənlərin sayı 7 nəfərə çatıb.

Könüllülər uçma yerinin yaxınlığında çadır quraraq insanlara su, isti içki və yemək paylayırlar.

Rusların yazdığına görə, mayın 12-də Ukrayna Silahlı Qüvvələri Belqorodun yaşayış məntəqələrinə hücum edib. Vurulan “Toçka-U” raketlərindən birinin fraqmentləri yaşayış binasına düşüb.

Çoxmərtəbəli yaşayış binasının girişi onuncu mərtəbədən birinci mərtəbəyə qədər uçub.

İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə