Dağıntılar altından iki nəfərin cəsədi çıxarılıb, amma...

Dağıntılar altından iki nəfərin cəsədi çıxarılıb, amma...

Belqorodda terror aktı nəticəsində uçan evin dağıntıları altından ölən iki nəfərin cəsədi çıxarılıb. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dağıntılar altında qalanların çıxarılması davam etsı də, lakin bəzən raket təhlükəsi ilə işə ara verilir. Ona görə də işin gecəyə qədər davam edəcəyi istisna edilmir.

Dağıntılar altında hələ də insanlar var. Qladkov əmin edib ki, Fövqəladə Hallar Nazirliyi onların həyatını xilas etmək üçün hər şeyi edir.

Ukrayna Silahlı Qüvvələri “Toçka-U” raket kompleksi və “Vilkha MLRS” və “RM-70 Vampire”dən istifadə etməklə Belqorodun yaşayış məntəqələrinə terror hücumu həyata keçirib. Xatırladaq ki, hücum Moskva vaxtı ilə 23:40 radələrində baş verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə