İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsveçrə Federal Şurasının (hökumət) sədri və vitse-kansleri Andre Simonatsi dağlara yürüyüş zamanı keçinib. SİA xəbər verir ki, bu barədə hökumət portalında məlumat verilib. Məlumata görə, siyasətçi dağlarda dincəlməyi çox sevirmiş.

Cümə günü, mayın 10-da o, yürüyüş zamanı huşunu itirib və ölüb. Simonatsinin həyat yoldaşı və üç övladı var. Federal Şuranın üzvləri və federal kansler onun vəfatı ilə bağlı başsağlığı veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə