Rusiya Belqorod vilayətinə 20 hava bombası atıb…

İngilis kəşfiyyatının məlumatına görə, bu cəmi bir ayda olanlardır…
Rusiya Belqorod vilayətinə 20 hava bombası atıb…

...2024-cü ilin martından aprel ayına qədər ruslar Belqorod vilayətində 20 döyüş sursatı “itirdilər”. Yəni Ukraynanın bombalamaq üçün havaya qalxan Rusiya təyyarələri bombaları öz ərazilərinə töküb qayıdırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bəzi xarici mütəxəssislər bunu rusların sistemli problemləri kimi xarakterizə edirlər.

Qeyd edək ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı son kəşfiyyat icmalında da deyilib.

Belə ki, kəşfiyyat, Ukraynadakı hədəflərə uçmaq üçün uçmalı olan Rusiya təyyarələrindən sursatların...daha şox Belqoroda düşməsi ilə bağlı bir sıra hadisələri xatırladır.

Xüsusilə də, bu il mayın 4-də bir Rusiyaya məxsus qırıcının Belqorod səmasında FAB-500-ü yerə salması xəbəri yayılıb.

Qeyd edək ki, FAB-500, əsasən Rusiya Aerokosmik Qüvvələri, SSRİ-nin keçmiş üzvləri və sifarişçi ölkələr tərəfindən istifadə edilən yüksək partlayıcı döyüş başlığına malik 500 kiloqramlıq sovet hava bombasıdır.

Yeri gəlmişkən, Belqorod ərazisinə atılan bu bombanın hansı fəsadlar törətdiyini bir qədər sonra yerli qubernator, 30 evə, 10 avtomobilə ziyan dəyməsi, 5 nəfərin ölməsi ilə yekunlaşdığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə