Belqorod yenə atəşə tutulub...

Belqorod yenə atəşə tutulub...

Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində azı bir nəfər ölüb, 14 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Baza” məlumat yayıb.

“Belqorod güclü atəşə məruz qalıb – azı bir nəfər həlak olub, 14 nəfər yaralanıb. Bir neçə avtomobil yanıb”, – məlumatda nəql edilib.

Qeyd olunub ki, mərmilərdən biri bina girişinə tuş gəlib.

Xatırladaq ki, daha əvvəl işğal altındakı Donetsk şəhərinə zərbə endirilməsi sonucunda doqquz nəfər ölmüşdü. Hadisədə qondarma region rəhbərliyi Ukraynanı suçlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com