Tbilisinin mərkəzində kütləvi etiraz aksiyası başlayıb

Tbilisinin mərkəzində kütləvi etiraz aksiyası başlayıb

Tbilisinin mərkəzində “Xarici təsirin şəffaflığı haqqında” qanuna (xarici agentlər haqqında qanun) qarşı genişmiqyaslı etiraz aksiyası keçirilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır. Agentliyin məlumatına görə, xarici agentlər haqqında qanunun geri götürülməsi tələbi ilə böyük etiraz aksiyası qeyri-hökumət təşkilatları tərəfindən planlaşdırılıb.

Jurnalistlər qeyd ediblər ki, etirazçılar Tbilisidə dörd yerdə toplaşıb və Avropa Meydanına doğru yürüş ediblər.

Burada son ayın ən böyük mitinqini keçirməyi planlaşdırıblar.

Bundan əvvəl mayın 1-də respublikanın paytaxtında kütləvi etiraz aksiyaları keçirilib.

...Vətəndaşlar mitinqlərə ABŞ, Avropa İttifaqı və Gürcüstan bayraqları ilə gəliblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə