Avropa Ukrayna münaqişəsində “həddindən artıq irəli gedərsə” Rusiyanı cilovlamağa hazır olmalıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
O, sosial media istifadəçilərinin suallarına cavab olaraq deyib ki, “...əgər nə vaxtsa ruslar çox uzağa getsələr, biz, bütün avropalılar, onların qarşısını almaq üçün hərəkətə keçməyə hazır olmalıyıq”.
Fransa liderinin sözlərinə görə, o, ölkəsinin silahlı münaqişəyə girməyəcəyinə “bütün gücü ilə ümid edir”. O, Fransanın “dünyanın gücü” olduğunu və “çəkindirici” rolunu oynamalı olduğunu vurğulayıb. Bununla belə, o, rəqiblərinə qarşı “inandırıcı” olmalıdır”.
Bunu da Makron əlavə edib.
...Fransa prezidenti Çin sədri Si Cinpinin Parisə səfərindən sonra keçirilən mətbuat konfransında ölkəsinin Rusiya və ya rus xalqı ilə düşmənçilik vəziyyətində olmadığını bildirib. Eyni zamanda, Makron bundan əvvəl Kiyev rejiminin başçısı Vladimir Zelenskidən bu barədə soruşacağı təqdirdə, Fransa hərbçilərini Ukrayna ərazisinə göndərməyə hazır olduğunu bildirmişdi.
Üstəlik, Fransa Xarici Legionunun yüz əsgərinin artıq Ukraynaya, Slavyansk yaxınlığında yerləşdirildiyi və hətta ilk döyüş itkilərini də verdiyi barədə məlumatlar var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB