...Şənbə günü Vladivostokda avtobus sürücüləri kütləvi tətil keçiriblər. Onlar əmək haqqının gecikdirilməsi və qeyri-kafi iş şəraiti səbəbindən etiraz ediblər.
SİA xəbər verir ki, bu barədə “NEWS.VL | Vladivostok və Primorye” teleqram kanalı məlumat yayıb.
Sürücülərdən birinin dediyinə görə, onsuz da az olan maaşları artıq bir neçə aydır ki, gecikir. Sürücülər deyirlər ki, tələblərinə diqqət çəkmək üçün işi dayandırmağa məcbur olublar.
Dayanacaqlarda olan sərnişinlər gözlənilməz tətillə bağlı narazılıq və narahatlıqlarını bildiriblər.
Prokurorluq tətillə bağlı araşdırmaya başlayıb.
Onlar işçilərin əmək hüquqlarına riayət olunmasını, habelə əmək haqqının ödənilməsi şərtlərini və vaxtında verilməsini yoxlayacaqlar.
Gün ərzində sürücülərlə nəqliyyat şirkətlərinin rəhbərliyi arasında danışıqlar aparılıb, nəticədə sürücülər işlərinə qayıdıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB