Ermənistan paytaxtının mərkəzində bir neçə avtomobil və avtobusun iştirakı ilə qəza baş verib. Nəticədə xəsarət alanlar olub - yaralı gənc xəstəxanaya yerləşdirilib.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu gün günorta İrəvanda ağır avtomobil qəzası baş verib; Ermənistan Daxili İşlər Nazirliyi hadisə yerindən fotoları dərc edib. Fövqəladə hadisə yerli vaxtla təxminən 14:17-də baş verib.
Hadisələrin baş verdiyi yer şəhərin mərkəzindəki Kentron rayonunda Maştots prospekti ilə Puşkin küçəsinin kəsişməsi olub.
Polis aydınlaşdırıb ki, qəzada üç avtomobil - "Range Rover", "Opel", "Mazda", həmçinin 44 saylı marşrut xətti üzrə hərəkət edən avtobus olub.
Nəticədə bir nəfər - "Range Rover" markalı avtomobili idarə edən 2005-ci il təvəllüdlü gənc xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB