Rusiya prezidenti Vladimir Putin şənbə günü, mayın 11-də Rusiya Federasiyasının yeni hökumətinin tərkibində nazirliklərin sayı və adlarının dəyişməz qalması barədə fərman imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq sənəd Rusiya liderinin rəsmi saytında dərc olunub.
...Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin “b1” bəndinə və 112-ci maddəsinə və “Rusiya Federasiyası Hökuməti haqqında” 6 noyabr 2020-ci il tarixli 4-FKZ Federal Konstitusiya Qanununa uyğun olaraq, fərman verirəm.
...Qeyd olunur ki, ümumilikdə Nazirlər Kabinetinin strukturuna 21 nazirlik, həmçinin beş departament daxildir: Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyi.
Onlar birbaşa Rusiya prezidentinə, qalanların rəhbərləri isə hökumət sədrinə hesabat verirlər.
Xatırladaq ki, bir gün əvvəl Vladimir Putin Rusiya Federasiyasının baş naziri vəzifəsinə Mixail Mişustinin namizədliyini təsdiqləyib.
Mixail Mişustin Rusiyanın baş naziri postunu qoruyub. Dövlət Duması səsvermənin nəticələrinə əsasən onun namizədliyini təsdiqləyib.
Mişustinin baş nazir kimi təsdiq edilməsinə 375 deputat səs verib, 57 deputat bitərəf qalıb, əleyhinə səs verən olmayıb. Mayın 7-də Rusiya prezidentinin andiçmə mərasimi olub. Putin vəzifəyə gəldikdən sonra bir sıra mühüm açıqlamalar verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB