Donetskdə restorana hücum nəticəsində 3 nəfər ölüb...

Donetskdə restorana hücum nəticəsində 3 nəfər ölüb...

Ukrayna Silahlı Qüvvələrinin Donetskdəki “Paradise” restoranını atəşə tutması nəticəsində üç mülki şəxs həlak olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu DXR rəhbəri Denis Puşilin bildirib.

Agentliyin məlumatına görə, Ukrayna hərbçiləri hər gün Donetski və DXR-in digər yaşayış məntəqələrini atəşə tuturlar.

...Donetsk vilayətinin Kirovski rayonundakı “Paradise” restoranına birbaşa zərbələr nəticəsində üç mülki şəxs həlak olub: bir qadın (restoran işçisi) və iki kişi (yemək yeyənlər). Puşilin deyib bunu.

DXR rəhbəri atəşin HIMARS raketləri ilə həyata keçirildiyini bildirib.

Raketlərdən biri restoranın özünü vurub, ikincisi isə yaxınlıqdakı yarımçıq tikilinin damını zədələyib.

Puşilinin sözlərinə görə, bundan əlavə zərər çəkənlər 2012-ci il təvəllüdlü qız, 1979, 1984, 2003, 2005-ci il təvəllüdlü kişilər və 1986, 1988, 1980-ci il təvəllüdlü qadınlardır. Həkimlər zərərçəkənlərin yüngül və orta dərəcəli xəsarətlər aldığını müəyyən edib və onları xəstəxanaya yerləşdiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə