... “DXR” və “LXR” sakinlərini respublikaların elan edilməsinin 10 illiyi münasibətilə təbrik edən Rusiya prezidenti Vladimir Putin, xüsusi hərbi əməliyyatın məqsədini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Dövlət başçısının teleqramlarının mətnləri Kremlin rəsmi saytında dərc olunub.
Beləliklə, Putin təbrikində “neonasistlərin blokadası, atəşi və təxribatları şəraitində sakinlərin Donbası müdafiə etdiyi səkkiz ili” xatırladıb.
Onun sözlərinə görə, bütün Rusiya xalqı Donbass sakinlərini dəstəkləyir və onlara kömək edir.
Təbrik teleqramında deyilir ki, xüsusi hərbi əməliyyatın iştirakçıları “tarixi torpaqlarımızın azad edilməsi, Vətənin müstəqilliyi və təhlükəsizliyi uğrunda döyüşürlər”.
Rusiya lideri həmçinin Donbassda sülhün olacağına əminliyini ifadə edib, həmçinin regionda bütün infrastrukturun bərpa olunacağına söz verib.
...Biz mütləq Donbasa sülh qaytaracağıq, ən çətin problemləri həll edəcəyik, yollar və yaşayış binaları, məktəblər və xəstəxanalar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye müəssisələri tikib bərpa edəcəyik.
Putin söz verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB