El Mundo: “Ukrayna yeraltı hərbi zavodlar şəbəkəsi yaradır...”

SİA-nın bundan əvvəl də xəbər verdiyi kimi, 2023-cü ildən bəri Ukraynada silah istehsalının həcmi üç dəfədən çox artıb
El Mundo: “Ukrayna yeraltı hərbi zavodlar şəbəkəsi yaradır...”

Qonşuya ümid olan şamsız qalar..?

Bunu elə-belə deyirəm...

Beləliklə, Ukraynada hərbi sənaye kompleksinin yenidən işə salınması davam edir. İki illik Rusiyanın tammiqyaslı təcavüzündən sonra Ukrayna nəinki özünü uğurla müdafiə edir, həm də müdafiə sənayesini yenidən işə salır.

Belə ki, hazırda Ukraynanın bir çox əyalətlərində hərbi müəssisələrin aktiv tikintisi davam etdirilir.

Gərək ki, xatırlamış olarsınız, SİA-nın bir müddət bundan əvvəl yazdıalqrı barədə, bu dəfə nüfuzlu El Mundo nəşri yazır.

...Ukraynanın hərbi-sənaye kompleksi o qədər fəal şəkildə güclənir ki, tezliklə onlar bütün Qərb üçün silah istehsalı mərkəzinə çevrilə bilər.

Nəşrin yazdığına görə, müharibə dövründə müdafiə sənayesinin qurulmasının öz xüsusiyyətləri var. Belə ki, bəzi müəssisələr diqqətlə kamuflyaj edilir, bəziləri isə Rusiyanın raket hücumlarını əlçatmaz etmək üçün yerin altında tikilir.

Təbii ki, bu obyektlər ən yüksək məxfiliyə malikdir.

Nəşr iddia edir ki, müdafiə müəssisələri şəbəkəsinin tikintisinə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin nəzarət edir.

SİA-nın bir müddət əvvəl də yazdığı kimi, Kiyevin əsas məqsədi Qərbin hərbi təchizatındakı asılılıqdan xilas olmaqdır. Qeyd edək ki, Amerikadan hərbi təchizatın son altı aylıq fasiləsi Ukraynanın özünün güclü hərbi-sənaye kompleksinə malik olmasının nə qədər vacib olduğunu nümayiş etdirdi.

Onu da qeyd edək ki, 2023-cü ildən bəri Ukraynada silah istehsalının həcmi üç dəfədən çox artıb. Ukraynalılar döyüş meydanında getdikcə daha mühüm rol oynayan pilotsuz təyyarələrin yaradılmasında xüsusilə fəaldırlar.

Bununla belə, Ukrayna hərbi-sənaye kompleksi təkcə dronlarla məhdudlaşmır. Ukraynanın ən məşhur silahları arasında “Neptun” raketləri, “Stuqna” tank əleyhinə raketləri və “Kozak” zirehli transportyorları da var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə