Argentinada şəhərətrafı qatar dayanmış digər qatara çırpılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 60 nəfər xəsarət alıb.
Vəziyyəti ağır olan sərnişinlərdən bəziləri helikopterlə digər xəstəxanalara aparılıb. Yerli KİV-in məlumatına görə, şəhərətrafı qatar dayanacaqda olan və təmirdə olan qatarın vaqonlarına çırpılıb. Qəza ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB