Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır - Meksika Prezidenti

Meksikada çərşənbə axşamı elektrik enerjisinin kəsilməsi ölkədə müşahidə olunan rekord isti hava ilə əlaqədardır. SİA xəbər verir ki, bu barədə Meksika Prezidenti Andres Manuel Lopes Obrador mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, paytaxt Mexikoda havanın temperaturu 33 dərəcəyə çatıb.

“Xoşbəxtlikdən elektrik enerjisi sistemi yenidən bərpa olundu. Biz bu cür xüsusi vəziyyətlərlə bağlı çox diqqətli olacağıq. Bizim enerji istehsal etmək imkanlarımız var. Düşünürəm ki, bu hadisə gözlənilməz oldu”, - deyə Obrador bildirib.

Xatırladaq ki, mayın 7-də Meksika ərazisində enerjisinin verilməsində dörd saat fasilə yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə