İsrail ordusu “Rəfah” məntəqəsinə nəzarəti ələ keçirdi

İsrail Müdafiə Ordusunun zirehli tank bölmələri bu gün səhər Qəzza zolağının cənubunda Rəfah şəhərinə daxil olublar. SİA xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” qəzeti yayıb.

Bildirilir ki, İsrail ordusu Rəfahın şərq hissəsində HƏMAS hədəflərinə zərbələr endirir.

Xatırladaq ki, mayın 6-da HƏMAS-ın İsraillə atəşkəsə razılaşdığı barədə məlumat yayılıb. Bununla belə, İsrail hökuməti Rəfahda hərbi əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə