Braziliyada daşqın olub - xeyli sayda ölü var

Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 84-ə, itkin düşənlərin sayı isə 111-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, verilən açıqlamada silahlı qüvvələrin dəstəklədiyi axtarış-xilasetmə əməliyyatlarında 14 min 500 şəxsi heyətin çalışdığı, 30 təyyarə və 182 qayıqla 25 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib. 840 mindən çox insan daşqın və maddi ziyandan mənfi təsirlənib, 121 min 957 nəfər evini tərk etmək məcburiyyətində qalıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə