ABŞ dövləti Putinin andiçmə mərasiminə qatılmayacaq

ABŞ Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə qatılmayacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

O deyib: "Orada bizim nümayəndəmiz olmayacaq, özünüz nəticə çıxarın".

Putinin andiçmə mərasimini bu şəkildə boykot edib-etməyəcəyi ilə bağlı suallara ABŞ belə cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə