Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 30 nəfər saxlanılıb

Türkiyənin xüsusi xidmət orqanları 30 nəfəri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilərək saxlayıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

“İŞİD terror qruplaşmasına qarşı 7 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 30 nəfər saxlanılıb”, - nazir “X” sosial şəbəkəsində yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə