General Lapinin oğlu Denis Ukraynada öldürülüb…

Ruslar Ukraynanın HIMARS ilə komanda məntəqəsini vurduğunu yazır

...Ukraynada gedən müharibə zamanı rusiyalı hərbçi Aleksandr Lapinin oğlu Denis Lapin öldürülüb..?

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq mesaj Rusiyanın “Volqoqrad xəbərləri” qrupunda yer alıb.

Mesajda cəbhədən faciəli xəbərlər gəldiyi deyilir və Denis Aleksandroviç Lapinin xüsusi hərbi əməliyyat zonasında qəhrəmancasına həlak olduğu bildirilir.

Deyilənlərə görə, Lapinin yerləşdiyi komanda məntəqəsi mayın 3-də HIMARS reaktiv yaylım atəşi sistemi ilə hücuma məruz qalıb.

Qeyd edək ki, Denis 23 yanvar 1986-cı ildə Volqoqradda anadan olub, 2019-cu ildə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələri Akademiyasını bitirib.

O, Çerniqov, Sumı və Kiyev vilayətlərinin ərazilərini ələ keçirməyə cəhd edən rus qoşunlarının “Mərkəz” qrupuna başçılıq edirdi.

Yayda ata Lapin, Sumi və Çerniqova hücuma rəhbərlik edən oğlu Denisi Jukov medalı ilə təltif etmişdi.

Onu da qeyd edək ki, Lapin Ukraynada ölkənin ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə, habelə təcavüzkar müharibəni planlaşdırmaqda, hazırlamaqda, işə salmaqda və aparmaqda ittiham olunur.

Lapin həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Avropa İttifaqına üzv olan bütün ölkələrin sanksiya siyahısına daxil edilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə