"Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır..."

Ankara HƏMAS hərəkatının Qəzza zolağında Misir və Qətərin təklif etdiyi atəşkəs sazişi layihəsinə razılığını alqışlayır.

SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

“Biz HƏMAS-ın vasitəçilərin Qəzzada atəşkəs təklifini qəbul etmək qərarını alqışlayırıq və İsraildən də oxşar addımlar gözləyirik”, – deyə Ərdoğan vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə