İsrail Rəfahdakı dinc sakinləri təxliyə etməyə çağırır

Bu arada İsrail hərbçiləri Rəfahdakı mülki əhalini təxliyyə etməyə və Qəzza zolağının cənubuna köçməyə çağırır.

Belə görünür ki, İsrail Müdafiə Qüvvələri tezliklə şəhərdə quru əməliyyatına başlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times of Israel” yazıb.

Baş nazir Benyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalant quru əməliyyatının qaçılmaz olduğuna inanırlar. Ölkənin hərbi rəhbərliyi artıq HƏMAS yaraqlıları ilə yerdə döyüşlərə hazırlaşmağa başlayıb.

Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin qrup üzvlərinin yerləşdiyi güman edilən mövqelərə hava zərbələri endirir.

Əvvəllər İsrail Müdafiə Qüvvələri təyyarələrdən şəhərə ərəb dilində vərəqələr atırdı ki, orada ordu hücuma başlamazdan əvvəl mülki əhalinin özlərini xilas etmələri üçün çağırışlar yer alırdı.

Öz növbəsində Netanyahu artıq bəyan edib ki, İsrail HƏMAS-ı məhv etməyincə Qəzzada müharibəyə son qoymayacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə