Ukrayna artıq müttəfiqlərindən "Patriot" sistemləri alır

...Ukrayna artıq İspaniya və digər Qərb müttəfiqləri tərəfindən göndərilən Patriot hava hücumundan müdafiə raketlərini alıb. SİA-nın əldə etdiyi məlumata görə, “El Mundo” bunu mayın 6-da İspaniyanın müdafiə naziri Marqarita Roblesin bəyanatına istinadən yazır.

Nazir bunu ukraynalı döyüşçülərin təlim keçdiyi Saraqosaya (İspaniya) səfəri zamanı bildirib.

Robles qeyd edib ki, müttəfiqlərin tədarük etdiyi raketlər müdafiə üçün nəzərdə tutulub.

...Bu silahlar Ukraynanı Rusiyanın hücumlarından qorumaq, özünü Rusiyadan gələcək hücumlardan qorumaq məqsədi daşıyır.

Qeyd edək ki, ispan nazir, Ukraynanın aldığı “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin sayını açıqlamayıb.

Xatırladaq ki, aprelin 26-da İspaniya Müdafiə Nazirliyinin rəhbəri ölkəsinin Ukraynaya “Patriot” raketləri və digər hərbi yardımlar təqdim edəcəyinə söz vermişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə