İstanbulda akkumulyator istehsalı fabriki açılıb

Türkiyənin milli avtomobil markası “Togg” ilə elektrikli avtomobil bazarında günü-gündən güclənən Türkiyə akkumulyator sahəsinə sərmayə qoymaqdadır.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İstanbulda qurulan akkumulyator istehsalı fabrikinin açılışını sənaye və texnologiya naziri Mehmet Fatih Kacır edib.

Elektrik avtobuslarından elektrik və yanacaq hücrəli yük maşınlarına, yüngül ticarət avtomobillərindən inşaat texnikası və elektrik yaxtalarına qədər müxtəlif nəqliyyat vasitələri üçün akkumulyator istehsaletmə qabiliyyətinə malik olan “Ampherr Battery”nin Avropadan Amerikaya qədər bazarlarda Türkiyəni qürurla təmsil edəcəyini söyləyən nazir M.F.Kaçır deyib: “Fabrik Türkiyənin əlavə akkumulyator istehsal gücünü artıracaq. “Ampherr Battery” Batareya Texnologiyaları Fabriki ilə biz 2024-cü ilin sonuna qədər 500 meqavat-saat əlavə batareya istehsal gücünə, 2025 və 2026-cı illərdə isə tədricən 2 giqavat-saata çatacağıq.

Türkiyənin regional akkumulyator istehsal bazasına çevrilməsi üçün investisiyaların qoyulması tam sürətlə davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə