İzmitdə VII Qaqauz foto sərgisi...

Türkiyənin İzmit şəhərində VII Qaqauz Foto Sərgisi keçilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Kocaeli Böyükşəhər bələdiyyəsi, Qaqauz Dostluq ve Kültür Dərnəyi, o cümlədən bir sıra qeyri-hökümət təşkilatının dəstəyilə İzmit Yürüyüş Yolunda təşkil edilən sərginin açılış günündə Moldovanın Türkiyədəki səfiri Dmitri Qroitor da iştirak edib.

Moldovanın cənubunda yaşayan qaqauz türklərinin türk dünyasının bir parçası olduğunu bildirən səfir Türkiyə vətəndaşlarının bu sərgi ilə qaqauz türklərini daha yaxından tanımasını istədiklərini söyləyib.

Qaqauz mədəniyyətini göstərən 60 şəkil arasında qaqauz köklü azərbaycanlı, İstanbul Universitetinin aspirantı Səidə Ömərin də fotoları yer alıb. Türkiyədə yaşayan, təhsil alan, hal-hazırda TRT-nin İstanbul radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” proqramının müəllifi və aparıcısı olan Səidənin anası qaqauz, atası Azərbaycan türküdür.

Bütün xəbərlər Facebook səhifəmizdə