Türkiyə il әrzindә təxminən 51 milyard kubmetr təbii qaz istehlakı ilə Avropanın dördüncü ən böyük təbii qaz istehlakçısıdır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə uzun illər ərzində təbii qazı idxal edirdi. Sakarya təbii qaz yatağında kәşf edilәn tәbii qaz bu vəziyyəti dәyişdirdi.
Aprel ayının sonunadək hasil edilən təbii qazın miqdarı təxminən 4,6 milyon kubmetrə çatıb. Ancaq hədəf daha böyükdür. Türkiyə 2025-ci ilin əvvəlinə qədər gündəlik hasilatı 10 milyon kubmetrə çatdırmağı hədəfləyir.
Yeni kəşflərlə qısa müddətdə hasilatın 20 milyon kubmetrdən çox olması gözlənilir. Bu o deməkdir ki, təxminən 9-10 milyon ev təbii qazı milli ehtiyatlar hesabına təmin ediləcək.
Bu səbəbdən təbii qazın saxlanması ilə bağlı hədəflər bir-bir həyata keçirilir. 2028-ci ilə qədər Türkiyə istifadə etdiyi qazın 20 faizini saxlamağı hədəfləyir.
Enerji və Təbii Sərvətlər Nazirliyinin planlarına görə, Türkiyənin anbar tutumundan istifadə nisbəti 50 faizə çata bilər. Bu səbəbdən də Tuz Gölü Təbii Qaz Anbar Hövzəsi başda olmaqla bir çox ərazilərdə təbii qaz anbarlarının yaradılması və ya genişləndirilməsi planlaşdırılır.
Ancaq tək səbəb bu deyil. Türkiyənin anbar tutumunu artırmaq üçün enerji mərkəzinə çevrilməsi layihəsinin digər səbəbi də qarşıdakı dövrdə qurulacaq enerji mərkəzidir.
Trakyada mərkəzin qurulacağı yer müəyənləşdirilib. Mərkəzin bu il qurulması nəzərdə tutulur.
Rusiya ilə birgə həyata keçiriləcək layihə çərçivəsində Moskva-Ankara xəttində davamlı olaraq nümayəndə heyətləri arasında danışıqlar aparılır. Layihənin yekunlaşdırılması istiqamətində işlər davam edir.
Hazırda Türkiyənin ümumilikdə 7 beynəlxalq təbii qaz boru kəməri, 2-si üzən anbar və qazlaşdırma qurğusu olmaqla 4 LNG qurğusu və 2 yeraltı təbii qaz anbarı var.
Beynəlxalq layihələrdən biri olan “Türk axını” Rusiyanın Anapa şəhərindən Kırklarelinin Kıyıköy bölgәsinәdәk uzanan hər biri 930 kilometr uzunluğunda iki boru kəmərindən ibarətdir. Qara dənizin altından keçən xətlərdən biri Türkiyənin milli şəbəkəsinə birləşir. Digəri isə Türkiyədən keçəcək təbii qazın Avropaya nəqlini təmin edir. Hər bir xətt ildə 15,75 milyard kubmetr tәbii qaz nəql etmək gücünə malikdir. Rusiya təbii qaz kəmərinin gücünü artırmaq istəyir. Məsələ ilə bağlı müzakirələr davam edir.
Rusiyadan Türkiyəyə Qara dənizdən keçən digər təbii qaz kəməri isə “Mavi axın”dır. Bu xətt illik 16 milyard kubmetr tәbii qaz ötürmә qabiliyyәtinә malikdir.
Azərbaycanın təbii qazını nəql edən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) hazırda 16 milyard kubmetr təbii qaz nəql etmək gücünə malikdir. Bu təbii qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql edilir. Xəttin gücünün qısa müddətdə iki dəfə artırılması nəzərdə tutulur.
Türkiyə də Orta Asiyadakı Türk Cümhuriyyətləri ilə müqavilələr imzalayaraq təbii qaz müxtəlifliyini genişləndirmək istəyir. Bu istiqamətdə ilk addım Türkmənistanla atıldı. Martın əvvəlində iki ölkə arasında təbii qaz üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə ölkə təbii qazını Xəzər dənizi vasitəsilə Türkiyəyə nəql etməyi hədəfləyir. Bu xətt həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



