İsrail ordusu bəzi məhəllələri boşaltmağa başlayıb

İsrail ordusunun 1 milyondan çox köçkün fələstinlinin sığındığı Rəfah şəhərində bəzi məhəllələri boşaltmağa başladığı açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, HƏMAS girovların mübadiləsi razılaşmasını rədd etdikdən sonra Rəfaha hücum etməkdən başqa seçimləri yoxdur.

İsrail ordusu tez-tez hava zərbələri endirdiyi Rəfaha qurudan hücuma keçərsə, Qəzza zolağında mülki əhalinin sığınacaq tapmayacağı ilə bağlı narahatlıqlar yaranıb. İsrail hakimiyyəti beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, Rəfahı işğal etməklə hədələməyə davam edib. Müdafiə naziri Yoav Gallant dünən HƏMAS hərəkatının Təl-Əviv hökuməti ilə əsir mübadiləsi razılaşması əldə etmək istəmədiyinə dair əlamətlər olduğunu iddia edərək, Qəzza zolağının cənubundakı Rəfah şəhərini çox yaxında işğal edəcəklərini bəyan edib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə