İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Fakfak bölgəsi sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. 6,2 bal gücündə zəlzələ 12,1 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə