Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Berlindəki “Diehl Metal Applications” zavodunda baş verən yanğını 3 gündür nəzarət altına almaq mümkün olmur. SİA xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Almaniyanın hərbi sənaye kompleksinə aid zavodda baş verən yanğının səbəbi məlum deyil. Hazırda yanğın davam edir, hadisə yerində ondan çox yanğınsöndürmə briqadası işləyir.

Səhər saatlarından etibarən ixtisaslaşmış şirkətlər yanmış tikililərin sökülməsinə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə