ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

ABŞ prezidentliyinə namizəd Robert Kennedi NATO-nun genişlənməsinə qarşı çıxıb. SİA xəbər verir ki, o, bu barədə “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

Kennedi bir çox səbəbə görə, o cümlədən təşkilatın hazırkı vəziyyətini “məntiqli olmadığına” görə yenidən nəzərdən keçirməyə çağırıb.

“Rusiya və Çinin hipersəs raketlərinə sahib olduğuna diqqət yetirsəniz, bir milyon Amerika əsgərini Atlantik okeanı boyunca yenidən yerləşdirmək necə mümkündür?” – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə