...Əgər Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparılarsa, Rusiya dondurulmuş aktivlərini geri tələb edəcək, ona görə də onları ələ keçirib Kiyevə kömək etmək üçün istifadə etmək olmaz.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” qəzeti Avropa İttifaqı rəsmilərinə istinadən yazıb.
Nəşrin yazdığına görə, Ukrayna Rusiyanın aktivlərinin tam müsadirə edilməsində israr etsə də, G7 nümayəndələri bunun əvəzində alternativ tədbirləri nəzərdən keçirirlər.
Materialda qeyd olunub ki, Avropa ölkələri qisas almaqdan qorxaraq aktivlərin özlərinə təsir edə biləcək hər şeydən uzaq olmaq istəyirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB