VIII Türkiyə-Almaniya İqtisadiyyat günü

VIII Türkiyə-Almaniya İqtisadiyyat günü

Mayın 4-də Almaniyanın Düsseldorf şəhərində VIII Türkiyə-Almaniya İqtisadiyyat Günü keçiriləcək.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, tədbirdə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Almaniyanın maliyyə naziri Kristian Lindner iştirak edəcək.

Türkiyə, Almaniya və digər Avropa ölkələrindən diplomat və biznesmenlərin iştirakı ilə keçiriləcək toplantıda iki ölkə arasında iqtisadi imkanlar, yaşıl enerjinin gələcəyi, süni intellekt dünyasındakı inkişaflar və iqtisadi məsələlər müzakirə olunacaq və şirkətlər arasında əməkdaşlıq görüşləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə