''Macarıstanla ticari və iqtisadi əlaqələrimizi gücləndirəcəyik''

''Macarıstanla ticari və iqtisadi əlaqələrimizi gücləndirəcəyik''

..."Güclü tarixi və mədəni bağlarımız və köklü iqtisadi əlaqələrimiz olan Macarıstanla ticari və iqtisadi əlaqələrimizi çox daha güclü səviyyələrə yüksəldəcəyik".

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib.
Ömər Bolat Fransanın paytaxtı Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nazirlər toplantısına qatılıb.
Görüşdən sonra Macarıstanın xarici işlər və ticarət naziri Peter Sijarto ilə görüşdüyünü ifadə edən Ömər Bolat deyib:“Güclü tarixi və mədəni əlaqələrimiz olan Macarıstanla ticari və iqtisadi əlaqələrimizi daha yüksək səviyyəyə çatdıracağıq''.

Bütün xəbərlər Facebook səhifəmizdə