Çubays İsraildə "Rus Araşdırmaları Mərkəzi" təşkil edib...

“Rusnano”-nun keçmiş rəhbəri və eləcə də Rusiya prezidentinin sabiq xüsusi nümayəndəsi Anatoli Çubays Təl-Əvivdə Rusiya Araşdırmaları Mərkəzinin sponsorlarından ibarət qrup təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, layihədə Rusiyanın 1991-ci ildən sonrakı müasir tarixi (...iqtisadi, siyasi, sosial və mədəni və s.) tədqiq ediləcək.

Bu barədə mərkəzin yerləşdiyi Təl-Əviv Universiteti məlumat yayıb.

Universitetdən verilən məlumata görə, layihə qeyri-siyasi xarakter daşıyacaq. Onun iştirakçıları yaxın keçmişin hadisələri əsasında Rusiyanın mümkün gələcəyini araşdıracaqlar.

Layihənin tədqiqatçıları arasında rusiyalı publisist Aleksandr Baunov, sosioloq Viktor Vaxştain, “Kommersant”ın jurnalisti Dmitri Butrin, ədəbiyyatşünas Aleksandr Arxangelski var.

Çubaysın özü jurnalist Aleksey Venediktova şərhində bildirib ki, Rusiya son 35 ildə ikinci dəfə “inkişaf vektorunu əksinə dəyişir”.

...Hazırda emosiyaların, şəxsi talelərin, siyasi üstünlüklərin üstündən qalxmaq və etdiyimiz səhvləri təkrarlamamaq üçün yaxın tariximizi yenidən dərk etməyə çalışmaq çox vacibdir. Bu, gələcəkdə həqiqətən tələbat olacaq dərsləri öyrənməyin yeganə yoludur.

“Rusnano”nun keçmiş rəhbəri bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə