Macarıstanda şərab sammiti keçirilib

Yüzdən artıq əcnəbi somelye, şərab ticarətçisi, eləcə də şərabçılıq mövzusunda yazan jurnalistlər Macarıstan şərab sammitində iştirak ediblər.

SİA xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.

“Bu yaxınlarda hökumətin qərarı ilə şərab marketinqi üzrə milli agentlik yaradılıb. Məqsəd macar şərablarının ölkə hüdudlarından kənarda daha yaxşı tanıdılmasıdır”, - deyə hökumətin milli şərab marketinqi üzrə səlahiyyətli nümayəndəsi Gergey Qoretski sammitin ilk günü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, agentlik marketinq tədqiqatları əsasında birinci və ikinci dərəcəli bazarları müəyyən edib, müxtəlif şərab növlərinə tələbatı dəyərləndirib.

Macarıstanın ağ şərabları xaricdə populyarlığını qoruyur. Ötən il ümumi şərab ixracında ağ şərabın ixrac payı 86 faiz olub. Eyni zamanda, macar şərabı Almaniya və Böyük Britaniyada müntəzəm reklam olunur və istehlak edilir. Çinə də getdikcə daha fəal ixrac həyata keçirilir və Cənubi Koreya, Polşa və ABŞ bazarlarında mövqelər möhkəmlənir.

Gergey Qoretskinin sözlərinə görə, agentlik 2023-cü ilin ikinci yarısından fəal işləməyə başlayıb, noyabrda Şanxayda “ProWein” sərgisində yerli 6 şərabçının iştirakı ilə özünün ilk böyük reklam aksiyasını həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə