Qazaxıstanda kömür mədənində tüstülənmə baş verib

Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko adına kömür mədənində tüstülənmə baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Tüstü ilkin yanğınsöndürmə avadanlığı ilə konveyer marşrutu hissəsinin elektrik mexaniki Aybar Kosanov tərəfindən aradan qaldırılıb.

Nazirlik bildirib ki, tüstünün aradan qaldırılmasına baxmayaraq, təxliyə planının tətbiqi və digər səviyyələrdə mədənlərdə olan 194 şaxtaçının çıxarılması barədə qərar qəbul edilib.

Saat 21:47-yə (Bakı vaxtı ilə 20:47 – Qeyd) 187 şaxtaçı səthə çıxarılıb, hadisəyə nəzarət etmək və şaxtaya həyati dəstək göstərmək üçün sahə rəhbərləri və nəzarətçilər arasından 7 işçi hadisə yerində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB