Məhkəmə təqaüdçüyə "rəhm etməyib"

Rostov vilayət məhkəməsi 72 yaşlı təqaüdçü Yevgeniya Mayborodanın Rusiya ordusuna aid qondarma saxtakarlıq işi üzrə hökmü qüvvədə saxlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iclasda o, hakimdən “mərhəmətli olmağı” xahiş edib.

Qeyd edək ki, əvvəllər o, VKontakte-də iki repost etdiyinə görə ümumi rejimli koloniyada beş il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Mediazona məlumat yayıb.

Belə ki, bu il yanvarın sonunda Şaxtı Şəhər Məhkəməsi təqaüdçünü Rusiya ordusu haqqında “saxta məlumatlar” yaymaqda və ictimaiyyəti ekstremizmə çağırışlarda ittiham edərək təqsirli bilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə