Gürcüstan parlamenti plenar iclasları ləğv edib...

...Amerika səfiri bildirib ki, Birləşmiş Ştatlar Gürcüstandan NATO və Avropa İttifaqına inteqrasiyaya sadiqliyini təsdiq etməyi tələb edir, xüsusən də ölkə hakimiyyətinin dövlətlərlə tərəfdaşlığı müzakirə etməkdən imtina etməsindən sonra... SİA-nın əldə etdiyi məlumata görə, bütün bunlar parlamentin xarici agentlər haqqında qanunu ikinci oxunuşda qəbul etməsindən sonra etirazlar fonunda baş verir.

Qeyd edildiyi kimi, Gürcüstan prezidenti sənədə veto qoyacağını vəd edib.

Salome Zurabişvili Britaniyanın “Sky News” telekanalında öz mövqeyini bildirib, lakin ona tam şəkildə danışmağa icazə verilməyib. Aparıcı cümlənin ortasında dövlət başçısının sözünü kəsib.

Bu arada Gürcüstan parlamenti təhlükənin ən yüksək səviyyəsini - qırmızı elan edib. Xarici agentlər haqqında qanuna qarşı çıxan müxalifət minlərlə tərəfdarını küçələrə çıxardıqdan sonra bugünkü plenar iclas ləğv edilib.

...Etirazlar polislə toqquşmalara və qırğınlara çevrilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə