“Şimali Koreya Rusiyadan BMT limitindən artıq neft alıb…”

Rusiya gizli şəkildə Şimali Koreyaya BMT-nin Pxenyana qarşı sanksiyaları ilə müəyyən edilmiş həddi aşmış həcmdə neft məhsulları tədarük edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Xarici qaynaqlar qeyd edir ki, Rusiyadan tədarüklər artıq ona gətirib çıxarıb ki, Şimali Koreyanın idxalı BMT Təhlükəsizlik Şurasının müəyyən etdiyi illik 500 min barel həddini keçib. Kirbinin sözlərinə görə, mart ayında Rusiya KXDR-ə 165 min bareldən çox neft məhsulları tədarük edib. O əlavə edib ki, Vaşinqton “Rusiya və KXDR arasında silah və neft məhsullarının tədarükünü asanlaşdıranlara” qarşı sanksiyaları davam etdirəcək.

Martın sonunda BMT Təhlükəsizlik Şurasında Rusiya nüvə proqramına görə KXDR-ə tətbiq edilən sanksiyalara əməl olunmasına nəzarət edən ekspertlərin mandatının uzadılmasına mane olub. Ekspert qrupunun mandatı aprelin 30-da başa çatıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə