Qırğızıstan da həmvətənlərinə "Rusiyaya getmə" deyir...

Qırğızıstan Xarici İşlər Nazirliyi həmvətənlərinə müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə idarənin bəyanatına istinadən xəbər verir.

...Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına səfər etmək üçün üzrlü səbəbləri olmayan həmvətənlərinə müvəqqəti olaraq onun ərazisinə getməkdən çəkinməyi tövsiyə edir.

Məlumatda deyilir.

Bundan əvvəl Rusiynın “Mir” kartının xidmətinin dayandırılmasında Nazirlər Kabinetinin günahkar olmadığını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə