Makron Qərbin Ukraynaya hansı şərtlərlə qoşun yeridəcəyini açıqlayıb

Qərb ölkələri Ukraynaya qoşun yeridə bilər, lakin bunun baş verməsi üçün şərait yetişməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “The Economist” yazır ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O izah edib ki, göndəriş ruslar cəbhə xəttini yarsa, eləcə də Ukraynadan belə bir tələb alınarsa, mümkündür.

Amma bu günə qədər heç bir şey yoxdur.

Bunu deyən Fransa lideri müttəfiqləri qoşunların göndərilməsi ssenarisini istisna etməməyə çağırıb və bunun Avropa İttifaqının təhlükəsizliyi, eləcə də nüfuzu üçün şərt olduğunu qeyd edib.

Makron xatırladıb ki, Paris daha əvvəl Afrika ölkələrinə liderləri kömək istədikdə kömək üçün qoşun göndərmişdi.

…Qeyd edək ki, Makron bu ilin fevralında ilk dəfə olaraq Ukraynaya qoşun yeritmək planını açıq elan edib. Lakin NATO bu fikri rədd edib.

…Təşəbbüs Litva, Latviya və Estoniya tərəfindən də dəstəklənməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə