Rusiyada neft emalı zavoduna dron hücumu olub

Rusiyanın Ryazan vilayətində yerləşən neft emalı zavodu dron hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə “Telegram”ın Rusiya kanalları məlumat yayıblar.

Hadisə şahidlərinin sözlərinə görə, hücum gecə saat üç radələrində baş verib. Yerli sakinlərin jurnalistlərə verdiyi məlumata görə, əvvəlcə gurultu eşidilib, sonra isə iki partlayış baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə