Sərnişin təyyarədə öldü

İrəvan hava limanında ölüm hadisəsi baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Moskva-İrəvan reysi ilə uçan təyyarədə olub.

Müəyyən ediblər ki, ölən şəxs uçuş zamanı səhhəti pisləşən Rusiya vətəndaşı 78 yaşlı Manuk M. olub. Sonra Fövqəladə Hallar Nazirliyinin növbətçi qrupu onun bioloji olaraq öldüyünü xəbər veriblər.

Məhkəmə-tibb ekspertinin ilkin rəyinə əsasən, meyitin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə