Tbilisidə etirazçılara bibər qazı sıxılıb

Tbilisidə polis etirazçıları sakitləşdirmək üçün bibər qazından istifadə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "xarici agentlər haqqında qanun"a etiraz edən aksiyaçılar parlament binasına girişləri bağlamağa çalışıblar.

Ona görə də onlarla polis arasında toqquşmalar başlayıb. Etirazçılar polisə müxtəlif əşyalar, plastik butulkalar atıblar.

Xüsusi təyinatlı qüvvələr etirazçıları parlamentin girişindən uzaqlaşdırmaq üçün onlara bibər qazı sıxıblar.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə