Acun Ilıcalı daha bir komandanı alır

İngiltərə çempionatının komandalarından olan "Hall Siti”nin sahibi Acun Ilıcalı daha bir komandanı alacağını açıqlayıb. SİA xəbər verir ki, o, bu dəfə Sloveniyanın "Maribor” komandasını alacağını deyib. Ilıcalı Sloveniya mətbuatına verdiyi açıqlamada "Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdıqdan sonra bu klubun "Maribor" olduğuna qərar verdik. Keçən həftə Mariborda idim. Şəhəri və stadionu çox bəyəndim. Klubu idarə edən insanları da bəyəndim” deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə